Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.22 $▲0.34%
  • WTI neft101.75 $▲0.40%
  • Avropa qazı (TTF)99.31 €▲5.07%
  • Təbii qaz (ABŞ)3.067 $▲0.10%
  • Qızıl4 068 $▲0.28%
  • Gümüş54.17 $▲0.10%
  • Pambıq78.50 ¢▲0.59%
  • Buğda612.00 ¢▲0.08%
  • Bitcoin80 700 $▼0.12%
  • Ethereum2 339 $▼0.35%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

“Bu hücum cavabsız qalmayacaq” - Müdafiə Nazirliyi

image-nazilik
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır”​.

Busaat.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq”, – məlumatda vurğulanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180914