Bu il Azərbaycanda 4 mindən çox iş yeri bağlanıb – Rəsmi

image-isbackend

2023-cü ilin birinci rübü ərzində ölkədə 4,2 min iş yeri bağlanıb.

Bu barədə Busaat.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, bu dövrdə bağlanmış iş yerlərinin 46,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 58,0 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,0 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90