Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 806 $▲0.49%
  • Ethereum2 265 $▲0.56%
  • S&P 5007 580▼1.83%
18°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Siyasət

“Bu il məcburi köçkünlər üçün rekord sayda mənzillərin təqdim edilməsi nəzərdə tutulur

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“O ki qaldı, bütövlükdə bizim sosial siyasətimizə, mən dəfələrlə bildirmişəm, güclü iqtisadiyyatımız imkan verir ki, sosial sahədə bəyan etdiyimiz bütün layihələr və proqramlar icra edilsin. Hesab edirəm ki, keçən il bu baxımdan çox yadda qalan il olmuşdur. Bildiyiniz kimi, keçən il minimum əməkhaqqının, minimum pensiyaların artırılması nəticəsində 4,2 milyon insan, o cümlədən dövlətdən müavinət alan insanlar maddi vəziyyətlərini böyük dərəcədə yaxşılaşdırmışlar. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya isə 70 faiz artmışdır. Bu gün Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyətinə görə MDB məkanında birinci yerdədir. Əlbəttə ki, indiki səviyyə bizi hələ də qane etmir. Əminəm ki, görüləcək tədbirlər nəticəsində gələcəkdə bu sahəyə daha da böyük vəsait ayrılacaq”.

Busaat.az məlumatına görə, bu sözləri martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

“Bununla paralel olaraq, bu il sosial infrastruktur layihələri icra edilir. Bu böyük şəhərcik onlardan biridir. Eyni zamanda, bu il məcburi köçkünlər üçün rekord sayda mənzillərin təqdim edilməsi nəzərdə tutulur – 7 min mənzil veriləcəkdir, keçən il 5 min mənzil tikilmişdir. Şəhid ailələri üçün 1500 mənzil təqdim ediləcək. Hesab edirəm ki, bu gün növbədə duran şəhid ailələri yaxın bir neçə il ərzində evləri alacaqlar və bu proqram da başa çatacaq”, – deyə dövlət başçısı əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6682