Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.33 $▼1.03%
  • WTI neft90.28 $▼1.13%
  • Avropa qazı (TTF)87.01 €▲1.66%
  • Təbii qaz (ABŞ)3.022 $▼0.03%
  • Qızıl4 105 $▼0.69%
  • Gümüş52.49 $▼1.18%
  • Pambıq79.47 ¢▲1.43%
  • Buğda588.50 ¢▼0.51%
  • Bitcoin74 187 $▼0.72%
  • Ethereum2 106 $▼0.91%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

“Bu, məğlubiyyətdir, amma Putin son anda…” – ŞOK İDDİA

image-putin-aa-1774491_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Rusiyanın yenidən Ukraynanı nüvə silahı ilə qorxutması informasiya müharibəsinin elementidir”.

 

Bunu Ukrayna daxili işlər nazirinin müavini Vadim Denisenko deyib.

 

“Bizi bir daha qorxudan Rusiyanın nüvə hücumu haqqında. Bu, informasiya müharibəsinin elementidir. Hələlik ruslar Ukraynaya qarşı heç bir informasiya hücumunda uğur qazana bilməyiblər”, – Denisenko bildirib.

 

Onun sözlərinə görə, təkcə son iki ayda yox, son illərdə Rusiyanın bütün informasiya müharibələrinin məntiqi iki əsas elementə söykənib: panika yaratmaq və ya ölkələri bir-biri ilə üzə qoymaq.

 

Denisenko söyləyib ki, ruslar müharibənin birinci mərhələsində Ukrayna cəmiyyətini parçalamağa yönəlmiş iki əsas mesajdan istifadə ediblər:

 

“Birincisi, “kişilərin xarici ölkələrə getməsinə icazə verin” mesajıdır. İkincisi, Moskva Patriarxlığının kilsələrində dini iğtişaşlar törətmək cəhdi ilə bağlıdır”.

 

O, qeyd edib ki, Rusiyanın bu informasiya savaşının hər ikisi uğursuz olub:

 

“İndi, görünür, onlar çaxnaşma yaradaraq, cəmiyyəti parçalamaq kimi mövzular axtarmağa davam edirlər. Beləliklə, nüvə müharibəsi, nüvə hücumları və ya nüvə zərbəsi onların əllərindəki “son kozır”dır, bütün digər arqumentlər tükəndikdə istifadə edilə bilərlər”.

 

Denisenko əlavə edib:

 

“Putin həmişə eyni oyunu oynayıb – payı artırmağa çalışıb. Amma indi bu oyunda uduzdu, çünki mərcə girəcək kimsə yoxdur. Nüvə hədəsi isə məğlubiyyətin etirafıdır. Çünki bundan sonra hətta Çin və Hindistan da qarşı tərəfə keçəcək. Putin bunu çox yaxşı anlayır. Bəs o, nüvə silahına əl ata bilərmi? Təəssüf ki, bunu istisna etmək olmaz”.

 

Ukrayna rəsmisi Rusiyanın son anda nüvə silahına üz tuta biləcəyini bildirib.

 

Teleqraf

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75258