Bu ölkədə evdən çıxan hər kəs izahat yazmalıdır

Bu ölkədə evdən çıxan hər kəs izahat yazmalıdırbackend

Fransada koronavirus epidemiyası üzündən misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilir. Belə ki, evdən çıxan hər kəs izahat yazmaq məcburiyyətindədir.

Bu barədə “İnterfaks” xəbər yayıb.

Sənəddə ad və soyad, doğum tarixi və ünvan göstərilməlidir.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron martın 17-dən etibarən ölkədə vətəndaşların hərəkətinə 15 gün müddətinə məhdudiyyətlər qoyulduğunu bəyan etmişdi. Qanun pozucuları 38 avro (72 AZN) cərimələnəcək.

Fransızlar evdən beş səbəbə görə çıxa bilərlər: işə getmək vacibdirsə, zəruru məhsulların alışı, həkim ziyarəti, ailə məsələləri və heyvanların gəzdirilməsi.

Məhdudiyyətlər bir sıra peşə sahiblərinə, o cümlədən həkimlərə və jurnalistlərə şamil olunmur.

Qeyd edək ki, epidemiya başlayandan Fransada 6600 yoluxma halı, 148 ölüm qeydə alınıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki