Busaat.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Filippində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Mənbənin məlumatına görə, yeraltı təkanların episentri təxminən 3500 nəfər əhalisi olan Liloan qəsəbəsindən 7 km cənub-şərqdə yerləşib.
Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.