Bu ölkənin zənginliyi lənətinə çevrildi – İCMAL

image-1622809379395865191_1200x630backend

Yerin altından kobalt, mis, qızıl, almaz çıxan sərvətli ölkənin bu sərvətləri onun lənətinə çevrilib. Söhbət Konqo Demokratik Respublikasından gedir. Belə ki, ölkə həm xaricilər, həm də öz hökmdarları tərəfindən istismar edilib.

Busaat.az xəbər verir ki, Afrika ölkəsi olan Konqo yeraltı sərvətləri ilə faydalı qazıntı yatağına bənzəyir.

Kobalt, almaz, qızıl, mis kimi bir çox faydalı qazıntılar, ölkənin hər yerində var. Bu sərvət həm də o ölkənin lənətidir.

Yeraltı sərvətlərə sahib olmaq üçün hər yerdə nəzarətsiz şəkildə mədən çıxarmağa çalışanların ucbatından hər şey nəzarətdən çıxıb. Qəsb, korrupsiya və zorakılıq mədənçilərin və ölkənin kabusuna çevrilib.

Mineral sərvətləri ilə beynəlxalq iqtisadi səhnədə strateji rol oynamağa başlayan ölkə almaz istehsalında dünyada dördüncü, qızılda isə on altıncı yerdədir. Bundan əlavə, ölkədə enerji və texnologiya üçün çox vacib olan kobalt, mis və koltan da hasil edilir. Kobalt xüsusilə akkumulyator istehsalında əhəmiyyətlidir. Mis elektrik materiallarının istehsalında elektron komponentlər üçün vacibdir.

Ölkənin əsas mədən sahələri Katanqa və Kivuda cəmləşib. Katanqada kobalt və mis, Kivuda isə qızıl və almaz hasil edilir.

Mədənçıxarma sənayesi ümumilikdə ölkənin ümumi məhsulunun 18 faizini təşkil edir. Bununla belə, ölkədə hər kəs Konqoda mədən işlərinin çoxunun qeyri-rəsmi şəkildə həyata keçirildiyini bilir. Ticarətin çox hissəsi əslində qaçaqmalçılıq formasında həyata keçirilir.

Məsələn, Kivuda çoxlu silahlı qruplar var və illərdir onlar arasında münaqişələr davam edir. Səbəb bölgədəki qızıl və almaz mədənləridir. Bölgəyə soxulan bu silahlı dəstələr davamlı olaraq kiminsə pusqusundadırlar.

Sərvətə ölümün ortaq olduğu bölgədəki dəstələrin bəziləri qonşu ölkələr Ruanda və Uqandadakı bəzi strukturlarla əlaqəlidir. Qalanları isə öz ərazilərini yaratmağa və qorumağa çalışan dəstələrdir.

Qəsb, adam oğurluğu və mədən qaçaqmalçılığı rayonda adi gündəlik hadisələrə çevrilib. Daha gülməli odur ki, dəstələr öz gəlirlərindən daha çox silah almaq üçün istifadə edir. Bu, sonsuz bir zorakılığa gətirib çıxarır.

Dövlət bu strukturlarla mübarizə aparmağa çalışsa da, indiyədək heç bir nəticə əldə etməyib. Nə qədər ki, bu qeyri-qanuni strukturlardan mənfəət güdən ölkələr var, Konqo Demokratik Respublikasının sərvəti onun lənəti olmağa davam edəcək.

Bundan başqa, mədənlərdə işləyənlərin çoxu uşaqlardır. 2021-ci ilin oktyabrında aparılan bir araşdırma koltan mədənlərində çalışan uşaqların sayının 40 000-dən çox olduğunu göstərdi. Yoxsulluqla mübarizə aparan ailələrin övladları boş yerə məktəbi yarımçıq qoyub mədənlərdə işləyir. Yetkinlər isə qeyri-sağlam mühitdə işlədikləri üçün səhhətində problemlər yaranır. Ağciyər xərçəngi onların ən böyük narahatlığıdır.

Katanqada işlər bir az fərqlidir. Bura Çin, Kanada, Cənubi Afrika və Avropa çoxmillətli şirkətləri tərəfindən idarə olunan böyük mədənlərə ev sahibliyi edir. Müqayisəli olaraq, Kivuya görə Katanqada işlər bir az daha nəzarətdədir, lakin burada da çoxlu qanun pozuntuları var. Onların ən böyüyü uşaq əməyidir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki