Dünyada phd (fəlsəfə doktoru) elmi dərəcəsi olan adamların hamısı əsl alim deyil.
Busaat.az xəbər verir ki, bunu Bakıda “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib.
“Biz belə elmi dərəcəsi olanlara “siz alim deyilsiniz” deməkdən qorxmalı deyilik. Alimin elmi tədqiqatı olmalıdır”, – deyə nazir qeyd edib.
O bildirib ki, bu aydan başlayaraq 100-dən artıq alimə mükafatlar veriləcək:
“Bu hələ başlanğıcdır və davam edəcək”.
Qeyd edək ki, mükafatlar 700 manatdan 1000 manatadək nəzərdə tutulub.