“Dado ilə çox pis dalaşmışıq” – Natavan

image-natavan6jpg-1728375397backend

“Bir neçə gün əvvəl Dado (Səid Əliyev – əsl adı) ilə telefonda bir-birimizi çox pis qırmışıq. Biz rəsmi şəkildə boşanmışıq. Sadəcə oğlumuz Zeydin valideynləri kimi münasibətimizi qoruyub saxlayırıq”.

Bakıvaxtı.az xəbər verir  ki, bu sözləri Natavan Həbibi qonaq olduğu “YouTube”da yayımlanan “ORGnal” verilişində deyib.

Keçmiş həyat yoldaşı repçi Dado ilə rəsmi şəkildə boşandığını deyən Natavan onunla ortaq övladı Zeydə görə dost münasibətində olduğunu bildirib:

“Dado bizə gəlir, oğlu Zeydi görür. O gün ərzində bizdə olur və onu çox gözəl şəkildə evimizdə qonaq və qulluq edirik. Dost münasibətdəyik. Hərdən görürsən ki, Dadonun tutması tutur. Misal üçün üçün o zəng edir və başlayır qışqırmağa. Əsəbiləşir… Amma sonradan hər şeyi unudur. Bizdə unutmuş kimi özünümüzü aparırıq. O Zeydi, Zeyd də onu çox istəyir. Düşmən olub nə qazanacayıq? Uşağı atasız, dostsuz qoymağın mənası yoxdur. Bizim  münasibətimiz nə olursa olsun amma uşaq atası ilə düşmən olmamalıdır. Elə şərait yaratmalıyıq ki, Dado gəlib oğlu Zeydi görə bilsin. Bizimlə də o gözəl münasibət saxlamalıdır. Biz tərəfdən yüzdə yüz ona qarşı gözəl münasibət var. O bizim evimizə gələndə özünü çox sərbəst aparır. Divanda da uzanır, xorulduyaraq yatır da, söhbətlərimiz, zarafatlarımız, həyətə də çıxırıq. Heçnə olmamış kimi dost münasibətindəyik, biz bir ailə kimiyik. Misal üçün olur ki, evimizdə qohumlarımız olur. Onlar bizi görüb məəttəl qalırlar. Sual verirlər ki, siz boşanmısınız yoxsa boşanmamısınız? Şirin və dost münasibətdəyik”.OLAY

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki