Bu qələbə yeni əsrin, yeni tarixin başlanğıcıdır

image-1632463957_042backend

Qələbə insan həyatında önəmli bir hədəf və nəticədir. “Qələbəyə aparan yol” ifadəsi bir hədəfə çatmaq və uğurlu olmaq üçün izlənilən yol deməkdir. Hər bir şəxs öz qələbə yolunu özünə xas qurmalıdır. Biz bunu Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev və  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında gördük. Onlar Azərbaycan xalqını qələbəyə aparan yolda böyük səylə çalışmışdılar. Ali Baş Komandan, İlham Əliyev özünəməxsus bir qələbə yolu təyin edib və bu yolda səmərəli addımlar atıb. O, bu yolda dəmir yumruğun gücünü düşmənlərimizə layiqincə göstərdi.

10 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı görkəmli tarix, 28 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu… 28 il yurd-yuvasından didərgin düşən xalqımız evinə – Qarabağına geri qayıdır. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır” deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi.

Hərbi məkanda qələbə ermənilərin yenilməz ordu mifini alt-üst etdi. Artıq ordumuz qarşısında aciz qalan mənfur düşmən dünya uşaq haqlarını da pozaraq döyüş meydanına yetkin yaşa çatmayan uşaqları gətirirdi. Alçalmış düşmən yaşlıları döyüşə cəlb edir, cəbhədə də üstünlüyümüzü qəbullanmaq istəmirdi. Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli və Qarabağın göz bəbəyi Şuşa azad edildi.

Bunun nəticəsidir ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli bəyanat imzalandı. Bu bəyanat Qarabağın bütünlüklə Azərbaycan ərazisinə qaytarılması deməkdir. Qan tökülmədən Laçın, Kəlbəcər, Ağdam Azərbaycan Respublikasına geri qaytarılır. Azərbaycan tərəfi daim sülhü qoruyur və dinc əhaliyə zərər yetirmir, bəyənata əsasən, bu ərazilərdə yaşayan erməni xalqı Azərbaycan vətəndaşı olaraq öz həyatlarını davam edə biləcəklər. Cənab Pezidentin deyimi ilə status-kvo isə “cəhənnəmə getdi”.

Biz qayıdırıq, Azərbaycan xalqı qayıdır! Artıq Azərbaycan xalqı arasında “məcburi köçkün” ifadəsi yoxdur. 28 il səbrlə qisas günü gözləyən millətimiz bu mübarizəni əzmi, birliyi və dövlətimizə inamı ilə qazandı. Tək ön cəbhədə deyil, arxa cəbhədə də birlik nümayiş etdirildi, zəfər çalındı. Bu sevinclə küçələrə axışır, üçrəngli bayraqla “Qarabağ Azərbaycandır“ şüarları səsləndirilir.

Artıq mövcud olmayan Qarabağ münaqişəsi, müharibənin başlama səbəbləri, gedişi barədə analitik şərhləri, diplomatik cavabları ilə Ermənistanın işğalçı, təcavüzkar mahiyyətini açıb göstərdi, terrorun bu ölkə tərəfindən dövlət səviyyəsində dəstəkləndiyini sübut etdi. Qərəzli, təxribat xarakterli suallara verdiyi təmkinli, səbirli, həmçinin əsaslandırılmış cavablarla hər kəsə öz yerini göstərdi.

Bu müharibə dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Bu tarixi nəticə bizlər haqqında “məğlub xalq” rəyini sındırdı, xalqımıza özgüvən aşıladı, milli qürurumuzu qabartdı. Bu qələbə yeni əsrin, yeni tarixin başlanğıcıdır. Qədim Azərbaycan torpaqları dirçəldiləcək, yenidən qurma işləri aparılacaq. Xalqımız ata-baba yurduna qayıdıb, yenidən bütün Azərbaycan, qırılmaz iradə ilə bir-birinə bağlanacaq. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Azərbaycan Dillər Universiteti

Nuruzadə Mövlanə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki