Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.13 $▼2.54%
  • WTI neft90.35 $▼1.20%
  • Avropa qazı (TTF)85.23 €▼4.93%
  • Təbii qaz (ABŞ)2.937 $▼0.64%
  • Qızıl4 064 $▲0.25%
  • Gümüş52.01 $▲0.89%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda594.25 ¢▼0.17%
  • Bitcoin75 747 $▼0.29%
  • Ethereum2 228 $▼0.33%
  • S&P 5007 413▲0.76%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

“Bu tarixi səfər iki ölkə arasında yeni dövrün başlangıcıdır”- Ərdoğan

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Busaat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “İnanıram ki, Suriya ilə həmrəylik nümayiş etdirərək ortaq coğrafiyamızda terrordan azad sülh və təhlükəsizlik mühitinin hökm sürməsini təmin edəcəyik” dedi.

Fevralın 5-də paytaxt Ankaraya səfər edən Suriya prezidenti Əhməd Şara ilə görüşündən sonra birgə mətbuat konfransında çıxışında R.T.Ərdoğan deyib: “Türkiyə olaraq suriyalı bacı-qardaşlarımızı ən ümidsiz və çətin günlərində tək qoymadığımız kimi, yeni dövrdə də onlara lazımi dəstəyi verəcəyik.

Suriya prezidenti Əhməd Şaranın Türkiyəyə tarixi səfərini iki ölkə arasında daimi dostluq və əməkdaşlıq dövrünün başlanğıcı kimi görürük.

Qonşumuz Suriya ilə bağlı siyasətimizin əsası əvvəldən bu ölkənin ərazi bütövlüyü və birliyini qorumaq olub.

İnanıram ki, həmrəylik içində hərəkət etməklə, ümumi coğrafiyamızda terrordan uzaq, sülh və inam mühitinin hökm sürməsini təmin edəcəyik.

Şaraya DAEŞ (İŞİD) və PKK kimi terrorun hər cür növü ilə mübarizədə Suriyaya lazımi dəstəyi verməyə hazır olduğumuzu bildirdim.

Suriya ilə Türkiyə arasındakı əlaqələr tarix boyu möhkəm bağlara malik olub.

Biz bu əlaqələri bütün sahələrdə dərin strateji tərəfdaşlığa çevirmək əzmindəyik. Bu baxımdan biz artıq humanitar, iqtisadi, mədəni və sosial sahələrdə birgə əməkdaşlığımızı başlatdıq.

Biz həmçinin digər mühüm strateji sənədlər üzərində, xüsusən də regionda təhlükəsizlik təhdidləri ilə mübarizə üçün ortaq strategiyanın hazırlanması üzərində işləyirik. Bu səylər Suriyada davamlı təhlükəsizlik və sabitliyin təmin edilməsi məqsədi daşıyır.”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=158055