Ermənistan tərəfindən sərhəddimizdə törədilən təxribatların başlıca səbəbi nədir? Sülhün az qala bir addımlığında ikən erməni tərəfini belə təxribatlara əl atmağa nə vadar edir? Politoloq Nəzakət Məmmədova sözügedən mövzu ilə bağlı Busaat.az saytına siyasi şərhini bildirərək bunları vurğulayıb:
“Məsələ bundadır ki, Ermənistan tərəfi belə bir hadisənin baş vermədiyini bildirir. Lakin əslində əlbəttə ki, belə deyil. Mənim fikrimcə bu təxribatların arxasında Sorosçu Paşinyanın ən böyük dəstəkçisi olan Qərb dayanır.
Ən son görüş məlum olduğu kimi, Putin, İlham Əliyev və Paşinyan arasında Moskvada keçirildi. Tərəflər bir – birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını etiraf etdilər. Paşinyan, Qarabağ Azərbaycandır sözünü etiraf etdi və bu barədə bəyanat verdi. Və bütün bunlardan sonra sülh müqaviləsinin bağlanması istiqamətində addımlar atıldı. Bundan sonra gözlənilən idi ki, tərəflər kommunikasiya və digər məsələləri müzakirə edib böyük sülh sazişinin bağlanması yolunda fəaliyyətlərini gücləndirəcəklər.
Amma Amerika Birləşmiş Ştatları Azərbaycanı separatçı Araiklə bir masada görüşdürmək planı, ondan xəbər verir ki, Amerika Birləşmiş Ştatları Rusiyanın bölgədəki fəaliyyətini sıfırlamaq istəyir. Rusiyanı prosesdən kənarlaşdırıb özü təşəbbüsü ələ almaq istəyir. Eyni ilə də Avropa birliyi də eyni siyasəti yürüdür.
Üçtərəfli görüşdən sonra Rusiyanın da marağındadır ki, sülh sazişi bağlanılsın. Lakin ABŞ özünə sərf edən sülhün bağlanılmasını istəyir. Avropa birliyi Ermənistana müşahidəçilər göndərmişdi. Eyni zamanda ermənipərəst mövqe nümayiş etdirmişdilər.
Düşünürəm ki, bu təxribatların arxasında həmçinin də Qərb durur. Rusiya istəmir ki, Moksvadakı diplomatik uğurları şübhə altına alınsın. Laçındakı təxribatın səbəbkarları, ABŞ, Qərb və konkret olaraq Fransadır.”
Bünyamin Bünyadzadə
Busaat.az