Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.14 $▼0.14%
  • WTI neft88.19 $▼0.17%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.154 $▼0.13%
  • Qızıl3 878 $▲0.19%
  • Gümüş47.75 $▲0.91%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.50 ¢▲0.64%
  • Bitcoin64 441 $▼1.34%
  • Ethereum1 805 $▼1.61%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Son dəqiqə

Bu tibb işçilərinə vergi güzəştləri olacaq

image-hekim776
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə vergi güzəştləri veriləcək.

Busaat.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, bu şəxslərə ƏDV güzəştləri tətbiq ediləcək. Başqa sözlə, tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə ilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 2024-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılması nəzərdə tutulur. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə edilməlidir.

Qeyd edilib ki, səhiyyə sahəsi üzrə kölgə iqtisadiyyatının mövcudluğunu şərtləndirən əsas amillərdən biri tibbi xidmətlərə görə ödənişin nağd şəkildə əldə edilməsidir. Bu isə eyni zamanda dövlət büdcəsinə daxil olmalı vergilərin azalmasına gətirib çıxarır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=126742