Bu yolda sürət həddi AŞAĞI SALINDI

image-1707210161_92730735-4b82-351e-bcbe-0a0fbcf32709_850backend

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Bu barədə Busaat.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki