Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.54 $▼1.82%
  • WTI neft86.89 $▼1.64%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.141 $▼0.54%
  • Qızıl3 889 $▲0.49%
  • Gümüş47.23 $▼0.20%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda587.50 ¢▲0.13%
  • Bitcoin64 813 $▼0.77%
  • Ethereum1 824 $▼0.57%
  • S&P 5007 474▼1.15%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

Buça qətliamının əmrini verən generalla bağlı ilginc fakt - Qohumu danışır

image-1649254686_untitled-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Buça və İrpenin atəşə tutulması əmrini verən Vitali Şkolenko adlı rus generalın ukraynalı olduğu üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Çerkas vilayəti üzrə departamenti Uman yaxınlığındakı Tekuça kəndinin sakini Aleksandr Qerşuna istinadən məlumat verib.
Onun sözlərinə görə, rus generalı Şkolenko onun qohumudur. Aleksandr Qerşun bildirib ki, belə bir xailə qohumluq bağlarının olduğuna görə təəssüflənir və onu “vəhşi məxluq” adlandırır.
Kənd sakinin sözlərindən aydın olur ki, Buça və İrpində vəhşiliklər törətmək əmrini məhz Vitali Şkolenko verib. Halbuki, bu şəhərlərdə çox sayda qohumları var. Aleksandr Qerşun hətta iddia edir ki, general özü bir neçə dəfə bu şəhərlərdən qohumlarına baş çəkməyə gəlib.
Tekuça sakini bildirir ki, Rusiya generalı hansı şəhərlərin bombalanacağını dəqiq bilirmiş. Amma qohumluq əlaqələri belə onun qarşısını kəsməyib.
ARAYIŞ: Aprelin 1-də Buça meri Anatoli Fedoruk Ukrayna hərbçilərinin rus işğalçılarını şəhərdən qovduğunu təsdiqləyib. Geri çəkilən ruslar qəsəbə daxilində mülki tikililəri, infrastruktur obyektlərini və bəzi əraziləri minalayıblar. Mer bildirib ki, Ukrayna hərbçiləri burada 280 insanın dəfn olunduğu kütləvi məzarlıq aşkarlayıb, şəhərin dağıdılmış küçələri meyitlərlə doludur, təkcə bir küçədə mülki geyimli azı 20 kişinin cəsədi tapılıb. Həlak olanlar arasında uşaqlar da var.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=74587