Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft89.57 $▲0.20%
  • WTI neft82.45 $▲0.12%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.340 $▼0.98%
  • Qızıl3 732 $▼0.22%
  • Gümüş45.20 $▲0.24%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda588.25 ¢▲0.77%
  • Bitcoin63 421 $▲0.70%
  • Ethereum1 803 $▲1.59%
  • S&P 5007 324▼0.23%
14°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Dünya

Burak Yılmazdan hərbi mesaj: "Bir ölüb, min dirilərik"  

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Oyunla bağlı danışmaq istəmirəm. Bu gün olduqca kədərliyik. Türkiyə çempionatında çıxış edən futbolçularla telefon əlaqəsi saxlamışıq. Hamı üzgündür. Xain hücum nəticəsində əsgərlərimiz şəhid oldu. Ürəyimiz yanır”.

Busaat.az “Haberturk”a istinadən xəbər verir ki, bu sözləri “Beşiktaş” klubunun futbolçusu Burak Yılmaz Suriyanın İdlib əyalətində rejim qüvvələrinin türk ordusunun bölmələrinə aviazərbələri nəticəsində şəhid olan əsgərlər barədə Türkiyə Super Liqasının XXIV turunun “Alanyaspor”la səfər oyunundan sonra danışarkən deyib.

35 yaşlı hücumçu dövlətə və şəhid ailələrinə istər maddi, istərsə də mənəvi yardıma hazır olduqlarını bildirib: “Dövlətimiz nə istəsə, etməyə hazırıq. Həm maddi, həm də mənəvi baxımdan onların yanındayıq. Düşmənlər unutmasınlar ki, ölkəmiz bu cür xainliklərə qarşı daim bir yumruq kimidir. Tribunada “Bir ölüb, min dirilərik” pankartı var idi. Biz hər zaman bütövük”.

Dünənki qarşılaşmada “Beşiktaş”ın hər iki qolunu Burak Yılmaz vurub. Təcrübəli forvard 70 və 87-ci dəqiqələrdə fərqlənib. Görüş “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 2:1.

Qeyd edək ki, İdlibdəki hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 34 əsgəri şəhid olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=5003