Bütün növ müavinətlər ÖDƏNİLDİ

image-pensiya_tqadbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Nazirlikdən Busaat.az-a bildirilib ki, bundan əvvəl, mayın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, mayın 16-da isə bölgələr üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların may ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki