Məzmuna keç
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.87 $▼0.20%
  • WTI neft83.62 $▲0.76%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.791 $▲17.33%
  • Qızıl3 539 $▲0.17%
  • Gümüş41.08 $▼0.68%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda593.00 ¢▲0.13%
  • Bitcoin55 736 $▼5.23%
  • Ethereum1 550 $▼4.26%
  • S&P 5006 910▼3.72%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Gündəm

BVF: İqlim dəyişikliyi iqtisadi və maliyyə sabitliyi üçün böyük riskə çevrilib

image-img_7669
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Beynəlxalq Valyuta Fondunun (BVF) işi qlobal makroiqtisadi və maliyyə sabitliyini qorumaqdır. İqlim dəyişikliyi iqtisadi və maliyyə sabitliyi üçün böyük riskə çevrilib.

Busaat.az AZƏRTAC-A istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Valyuta Fondunun idarəedici direktor müavini Bo Li COP29 çərçivəsində keçirilən “Qlobal Maliyyə Sistemi: İqlim fəaliyyəti üçün maliyyələşdirmənin artırılması” tədbirində çıxışı zamanı deyib.

“Buna görə də üç il əvvəl BVF ilk iqlim strategiyasını təsdiqlədi. İki il əvvəl biz Davamlılıq və Dayanıqlı Etimad (RST) proqramını yaratdıq. Bu, üzv ölkələrimizə iqlim dəyişikliyi ilə bağlı problemlərin öhdəsindən gəlməyə dəstək olmaq üçün hazırlanmış ilk uzunmüddətli kredit alətidir. Beləliklə, son iki ildə biz 20 ölkənin RST çərçivəsində maliyyə almasını təsdiqlədik. Xüsusən də aşağı gəlirli ölkələrə və həmçinin həssas orta gəlirli ölkələrə dəstək olmaq üçün 48 milyard dollar vəsait topladıq”, – deyə BFV-nın direktor müavini əlavə edib.

Bo Li bildirib ki, BVF yaşıl vergi taksonomiyasını, iqlim fəaliyyətinə dəstək üçün institusional islahatları dəstəkləyir: “BVF Dünya Bankı, Asiya İnkişaf Bankı, Afrika İnkişaf Bankı kimi tərəfdaşlarla iqlim maliyyəsi ilə bağlı dəyirmi masa keçirir, birlikdə necə işləyə biləcəklərini müzakirə edir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=152192