Çavuşoğlu və Blinken arasında telefon danışığı olub

image-thumbs_b_c_2d9467e5e4352e718e763086604582febackend

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Busaat.az xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Ukraynada baş verən son hadisələr, taxıl sazişinin icrası, NATO-nun genişlənməsi, F-16-ların tədarükü və qarşıdan gələn səfər qrafikləri müzakirə edilib.

Həmçinin, danışıq əsnasında Suriyadakı son hadisələr haqqında da fikir mübadiləsi aparılıb. Nazir Çavuşoğlu terrorla mübarizənin davam edəcəyini vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90