Çaylarda suyun səviyyəsi artır – Sakinlərə xəbərdarlıq olundu

image-img_4181backend

Avtomat hidroloji stansiyaların mayın 2-də saat 9:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb.

Busaat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, suyun səviyyəsi Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 10 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 15 sm, Zabuxçay-Bozluda 8 sm, Tərtərçay-Vəngdə 4 sm, Bərgüşadçay-Əliquluuşağıda 3 sm, Oxçuçay-Bürünlü və Quruçay-Böyük Tağlarda 2 sm artım qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki