Cənubi Qafqaz mübarizəsi: “Rusiya Ukraynada məğlub olarsa Ermənistan…” – AÇIQLAMA

image-usrussiasplash3_1920x1080backend

“Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması Qərbin əsas prioritetindən biridir”.

Bunu yaxın perspektivdə Cənubi Qafqazda baş verəcək siyasi yenilikləri şərh edən politoloq Anar Əliyev Busaat.az-a açıqlamasında deyib.

image-anar-eli-polad-1

O bildirib ki, Qərbin Cənubi Qafqazda dominantlığı ələ keçirmək cəhdlərini çox müşahidə edəcəyik: “Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması Qərbin əsas prioritetindən biridir. ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan-Ermənistan XİN rəhbərləri ilə aparacağı telefon danışığı bu məsələyə istiqamətlənmiş ilkin addımlardır. Ermənistanın Rusiya nəzarətindən çıxarılması Türkiyə və Azərbaycanla əlaqələrin qurulmasından keçir. Avropa bunu qəbul edərsə Ermənistanın Rusiya nəzarətindən sürətli uzaqlaşması mümkün olacaq. Söylərdiklərimin reallaşacağı təqdirdə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində, xüsusilə də Zəngəzur dəhlizinin Ermənistandan keçəcək hissəsi ilə bağlı addımların atılması real görünür”.

Hadisələrin fərqli məcrada davam edə biləcəyi ehtimalını da dəyərləndirən politoloq qeyd edib: “Əks hal baş verərsə – yəni Rusiyanın Cənubi Qafqazda təsirini qoruyub saxlaması Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində özünün mənfi təsirini göstərəcək. 2023-cü ilin Cənubi Qafqazda Ermənistan-Azərbaycan arasında təmin olunan sülh ili kimi tarixə keçməsi sual altındadır. Qərb Ermənistanın sülhə razı olması üçün daha sərt addımlar atmalıdır. Sülh istəməyən Ermənistana təzyiq mexanizmləri həyata keçirilməlidir. 2023-cü ilin sonuna qədər Ermənistan mümkün qədər münasibətlərin immitasiyasını həyata keçirməyə cəhd edəcək. Hədəf Rusiya-Ukrayna müharibəsinin və Türkiyədə prezident seçkilərinin nəticəsinin gözlənilməsidir. Ermənistan Rusiya Ukraynada məğlub olarsa və Türkiyədə hakimiyyət dəyişikliyi baş verərsə Qərb havadarlarının dəstəyi ilə Cənubi Qafqazdakı proseslərə daha ciddi təsir etmək mexanizmləri əldə etmiş olacağını düşünür. Bununla da Azərbaycana qarşı mənafelərinə uyğun real şərtlər diqtə edə biləcəyini sanırlar. Hesab edirəm ki, Türkiyədə prezident seçkiləri hakim partiyanın qələbəsi ilə başa çatacaq. Nəticədə Ermənistan 2023-cü ilin sonlarına yaxın Azərbaycanla münasibətlərin qurulmasında real addımlar atmaq məcburiyyətində olduğunu dərk edəcək”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki