Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

image-ceyhun_bayramov_brifing_270420_2backend

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin 13 mülki vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə əlaqədar qardaş ölkəyə başsağılğı verib.

Busaat.az xəbər verir ki, bu barədə nazir özünün tvitterdəki səhifəsində yazıb.

“Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara qarşı törədilən terror aktını şiddətlə qınayırıq.

Başın sağ olsun, qardaş Türkiyə!”, – deyə nazir yazıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki