Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 204 $▼1.49%
  • Ethereum1 898 $▼1.52%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Türkiyədə “Qəfəs” əməliyyatında tutulan 19 nəfər həbs olunub

image-turk-polisi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin Antalya şəhərində mütəşəkkil cinayətkar qruplaşmaya qarşı keçirilən “Qəfəs” əməliyyatında saxlanan 39 şübhəlidən 19-u həbs edilib.

Busaat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi məlumat yayıb.

Polis qrupları cinayət təşkilatı ilə əlaqəsi olduğu deyilən şəbəkəyə qarşı bəzi ünvanlarda eyni vaxtda əməliyyat keçirərək 39 şübhəlini yaxalayıb.

Həmin şəxslərin olduğu ünvanlarda aparılan axtarışlar zamanı 15 tapança, 21 tapança darağı, 2 ov tüfəngi, 1359 tapança patronu, 44 ov tüfəngi patronu, çoxlu qəbz və əskinaslar, bəzi narkotik vasitələr götürülüb.

Ədliyyəyə gətirilən şübhəlilərdən 10-u prokurorluqda ifadələri alındıqdan sonra sərbəst buraxılıb. Prokurorluq tərəfindən cinayət işi üzrə növbətçi hakimliyə sövq edilən digər şübhəlilərdən 19-u həbs edilib, 10-u isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Daxili İşlər Naziri Ali Yerlikaya oktyabrın 6-da 31 vilayətdə eyni vaxtda keçirilən “Qəfəs əməliyyatı” ilə 39 mütəşəkkil cinayət strukturunun dağıldığını, 307 şübhəlinin tutulduğunu açıqlayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124867