Çində koronavirusla bağlı son vəziyyət açıqlandıbackend

Çində son sutka ərzində daha 33 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Busaat.az xəbər verir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 87 150-yə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 82 105 xəstə sağalıb.

Ölkədə 411 aktiv koronavirus xəstəsi var ki, onlardan da 10-nun vəziyyəti ağır qiymətləndirilir