Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 613 $▼5.29%
  • Ethereum1 781 $▼7.58%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çində yeni Covid-19 dalğası

image-_111768027_5e630099-f4e4-408b-a23c-e09734421cba
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çində Covid-19-un Omicron alt variantı olan XBB-nin yaratdığı epidemiyada, iyun ayının əvvəlindən etibarən yoluxanların sayının həftədə 11 milyon ilə pik həddinə çatacağı gözlənilir.

Busaat.az xəbər verir ki, qərargahı Londonda yerləşən Airfinity sağlamlıq məlumat xidmətləri və təhlil şirkəti tərəfindən dərc edilən təhlildə, epidemiyanın ümumilikdə 112 milyon insana təsir edəcəyi təxmin edilir.

Qış aylarında 1 milyarddan çox insanın yoluxduğu epidemiya ilə müqayisədə yeni epidemiya dalğasının daha məhdud yayıldığı müşahidə olunur.

Arfinity epidemiyanın iyunun əvvəlində həftədə 11 milyon yoluxma ilə pik həddinə çatacağını proqnozlaşdırsa da, bu, bir müddət əvvəl çinli mütəxəssis Cong Nanshan tərəfindən irəli sürülən həftədə 65 milyon yoluxmanın beşdə biri hesab edilir.

Bildirilib ki, təxminlər arasındakı fərq Airfinity modelində heç bir xəstəlik əlaməti göstərməyən halların cəmə daxil edilməməsi ilə bağlı ola bilər.

Digər tərəfdən, şirkət bu infeksiya dalğasında 629 min ölüm olacağını proqnozlaşdırır. Şirkət qış aylarında böyük epidemiya dalğasında 1,3 milyondan 2,1 milyona qədər insanın öldüyünü təxmin edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112207