Çinin müdafiə naziri Rusiyaya səfər edəcək

image-1389289backend

Çinin müdafiə naziri Li Şanfu xaricə ilk rəsmi səfərini aprelin 16-18-də Rusiyaya edəcək və rusiyalı həmkarı ilə görüşəcək.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Çin Xalq Respublikasının müdafiə naziri general-polkovnik Li Şanfu 2023-cü il aprelin 16-dan 18-dək Rusiya Federasiyasında rəsmi səfərdə olacaq. Bu, onun 2023-cü ilin martında Çin hərbi agentliyinin rəhbəri təyin edildikdən sonra xaricə ilk səfəridir”, – məlumatda deyilir.

Səfər zamanı çinli nazirlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında danışıqlar planlaşdırılır.

“Tərəflər müdafiə sahəsində ikitərəfli qarşılıqlı fəaliyyətin vəziyyətini və perspektivlərini, həmçinin qlobal və regional təhlükəsizliyin aktual məsələlərini müzakirə edəcəklər”, – məlumatda bildirilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90