Çinliləri koronavirusla mübarizədə güclü edən qidalar – SİYAHI

Çinliləri koronavirusla mübarizədə güclü edən qidalar – SİYAHIbackend
Çinlilər uzun ömür səviyyəsinə görə dünyada lider xalqlardan biridir. Orda ən qısa ömür 76,5 il hesab olunur. Xatırladaq ki, bizdə və Rusiyada bu 71 hesab edilir.
Dünyanı sürətlə cənginə alan koronavirusla da mübarizədə çinli orqanizmi güclü çıxdı. Milyardlarla əhalinin içində ölüm faizi İran və İtaliyaya nisbətdə çox cüzi idi.
Medicina.az çinlilərə koronavirusla mübarizədə orqanizmi möhkəmlətmək və tez sağalmaq üçün kömək edən əsas 3 qidanı təqdim edir.
1. İstənilən qrip, zökəm, boğaz tutulmasında dərhal armud yeyirlər. Xəstələnmisən, armud ye deyir çinlilər.
2. Qara toyuğun bulyonu – Çində bir çox ağır əməliyyat keçirmiş xəstələrə bu bulyon verilir. O, yaraları tez sağaldır, orqanizmi bərpa edir.
Bu toyuq növü Çində çox populyardır
3. Məşhur xəmir yeməkləri – pelmeni. Yəni bizdəki kimi mantı, iri düşbərə, xəngəl.
Onu isti-isti yeyirlər. Xəmir yeməyi olmasına baxmayaraq, çinlilər hətta mədə-bağırsaq xəstəliklərində də pelmenini bol-bol yeyirlər.
Bir də onlar daha çox açıq odda yemək hazırlayır, qaz və mikrodalğalı sobalardan uzaqdırlar.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki