Con İrasabal “Sabah” klubundan ayrıldı  

image-15jpg-1750172243backend

“Sabah” komandası futbolçusu Con İrasabal ilə yollarını ayırıb.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, 2022-ci ildən “Sabah”ın formasını geyinən C.İrasabal bu komandanın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb. O, Bakı klubu ilə birlikdə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki