Daha 2 cüdoçumuz mübarizəyə başlayır – Avropa çempionatı

image-145304backend

Bu gün Azərbaycanın daha 2 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayacaq.

Busaat.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən yarışın ikinci günündə 81 kq çəki dərəcəsində Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayacaq. Fətiyev 1/16 finalda türkiyəli Vedat Albayrakla, Heydərov isə almaniyalı Niklas Blöxl ilə qarşılaşacaq.

Ölkəmizdən yarışa ümumilikdə 9 cüdoçu qatılıb. İlk gündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, ötən gün start götürən Avropa çempionatına aprelin 18-də başa çatacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90