Daha 3 cüdoçumuz DÇ-də mübarizəyə qoşulur

image-cudo1backend

Bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında daha 3 idmançımız tatami üzərinə çıxacaq.

Busaat.az  xəbər verir ki, kişilərin yarışında Nicat Şixəlizadə və Orxan Səfərov mübarizəyə başlayacaq.

Qadınların yarışında isə Gültac Məmmədəliyeva yarışa qoşulacaq.

66 kqda mübarizə aparan Şixəlizadənin ilk rəqibi rumıniyalı Lyütsian Dumitreski olacaq. Eyni çəkidə yarışan Orxan Səfərov isə irlandiyalı Natan Bernesi ilk görüşdə məğlub etməyə çalışacaq.

52 kq-da yarışan Gültac Məmmədəliyevanın rəqibi isə gürcüstanlı Tatyana Levitska-Şukvani olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90