Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 267 $▼1.40%
  • Ethereum1 908 $▼0.99%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Daha bir partiya bələdiyyə seçkisində iştirak qərarı verdi

image-beledddjpg-1733214956
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ağ Partiyası 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə qatılacağını rəsmən açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-a partiya sədrinin müavini və Seçki Qərargahının rəhbəri Kamran Məmmədli məlumat verib.

Onun sözlərinə görə, partiya üzvləri bələdiyyə seçkilərində iştirakın vacibliyini dəstəkləyir və hazırlıq işləri artıq başlayıb.

Bununla bağlı yerli təşkilatlara müvafiq təlimatlar verilib.

Yaxın günlərdə partiyanın bələdiyyə üzvlüyünə namizədləri müəyyənləşdiriləcək. Namizədlərin sənədləri hazırlandıqdan sonra müvafiq seçki dairələrinə təqdim olunacaq.

Kamran Məmmədli vurğulayıb ki, Ağ Partiya olaraq onlar hər seçkidə iştirakın tərəfdarıdır və seçkilərin boykot edilməsini effektiv vasitə hesab etmirlər.

Onun sözlərinə görə, seçkilərdə fəal iştirak vətəndaşların yerli idarəetmə prosesində daha geniş təmsil olunmasına şərait yarada bilər .

“Seçkilər, vətəndaşların yerli problemlərin həllində söz sahibi olması və idarəetmə proseslərinə birbaşa təsir göstərməsi üçün mühüm platformadır”, – deyə Məmmədli əlavə edib.

Qeyd edək ki, 2025-ci il bələdiyyə seçkiləri 118 seçki dairəsini və 685 bələdiyyəni əhatə edəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154546