Daha bir siyasətçidən jurnalistlərə DƏSTƏK: “O binadakı mənzillər məhz jurnalistlərə paylanmalıdır”

image-elsad-musayevbackend

“Şəhid və Qazi ailələrinin problemlərini aradan qaldırmaq, onları evlə təmin etmək dövlətin borcudur”.

Busaat az xəbər verir ki, bu fikirləri jurnalistlər üçün inşa edilmiş 3-cü bina ətrafında gedən mübahisələrə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Onun sözlərinə görə, jurnalistlər üçün inşa edilmiş binadakı mənzillər jurnalistlərə də paylanmalıdır:

“Əvvəla, ölkədə elə bir şərait yaradılmalıdır ki, jurnalistlər və digər peşə sahibləri özlərinin mənzil məsələlərini, digər məişət problemlərini həll etmək imkanında olsunlar.

Amma Azərbaycandakı real vəziyyətdə medianın inkişafı üçün şərait mövcud deyil, reklam bazarı yoxdur, jurnalistlər küncə sıxışdırılıb. Vaxtilə Əli Həsənovun ətrafında olan redaktorlar ev aldığı kimi, indi o bina da öz təyinatı üzrə “iynə ilə gor qazan” jurnalistlərə verilməlidir. Bu da dövlətin onlara yardımı olmalıdır.

O baxımdan, hesab edirəm ki, məsələləri bir-birinə qatmaq olmaz. Burada heç bir halda başqa adlardan istifadə etmək olmaz. Bəli, Şəhid və Qazi ailələrinin problemlərini aradan qaldırmaq, onları evlə təmin etmək dövlətin borcudur, vəzifəsidir.

Bizim yanaşmamız bundan ibarətdir ki, jurnalistlər üçün inşa edilmiş binadakı mənzillər jurnalistlərə də paylanmalıdır.

Burada başqa bir məqama da toxunmaq istəyirəm. Bu məsələ ətrafında gedən müzakirələrdə etik normaları gözləmək lazımdır. Kimisə irəli sürdüyü təklifə görə linç etmək doğru deyil. Etiraz varsa, bunu təhqirə yol vermədən ifadə etmək lazımdır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90