Avropanın ilk universiteti sayılan və hələ də fəal şəkildə təhsil verən Bolonya Universiteti İtaliyadadır. 1088-ci ildə qurulan universitet hələ də dünyanın ən yaxşı universitetləri sırasındadır. Təkcə Bolonya Universiteti deyil, Siena, Padova, Roma la Sapienza kimi universitetlər də 4-5 əsrdir İtaliyanın və dünyanın köklü təhsil ocaqları sırasındadır. Xüsusilə, Roma Sapienza Universiteti 1303-cü ildə yaradılıb və təxminən yüz min nəfər tələbəsi ilə Avropanın ən böyük universitetidir.
Dünyada rəsmi akademik titula sahib olan ilk qadın Elena Kornaro Piskopia PhD dərəcəsinə malikdir və Padova Universitetini bitirib. Yelena riyaziyyat, fəlsəfə və ilahiyyatı öyrənmişdi, ivrit, ərəb, latın dillərini bilirdi. O, fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb və universitetdə riyaziyyatdan dərs deməyə başlayıb. Lakin o, kifayət qədər gənc sayıla bilən 38 yaşında vərəm xəstəliyindən dünyasını dəyişib.
İlk piano 1698-ci ildə italyan Bartolomeo Cristofori tərəfindən hazırlanmışdır. İlk dəfə icad ediləndə bu alətdə həm yumşaq, həm də güclü səslər çıxarmaq mümkün idi. Bunun üçün italyanca “yüngül və güclü” mənasını verən “Piano e forte” adlanırdı.
Dünyanın ən məşhur mətbəxlərindən biri şübhəsiz italyan mətbəxidir. İtaliyanın mətbəxi ilə yanaşı maraqlı yemək mədəniyyəti də var. Əgər İtaliyada makaron yeyirsinizsə, boşqabınızda qalan makaron sousunu çörəklə sürtməlisiniz.
Vatikan dünyanın ən kiçik şəhər-dövlətidir. Vatikan şəhəri və ya Vatikan Şəhər Dövləti kimi tanınan dövlət, İtaliyanın Roma şəhərində yerləşir və xristianlığın katolik təriqətinin inzibati mərkəzidir. Əhalisi 500-ə yaxındır.
Vyana mühasirəsindən sonra bir Osmanlı əsgəri İtaliyanın kiçik bir qəsəbəsinə sığınır. Bu ölən yeniçəri əsgəri kənd camaatı müalicə edir. Sağaldıqdan sonra kənddən bir qızla evlənir. Şəhər camaatının “El Turco” adlandırdığı əsgər üsyan edir və o zamanlar knyazlığın xalqdan tələb etdiyi haqsız vergilərə qarşı kəndi qoruyur. O, özünü və türk adətlərini bu bölgənin insanlarına o qədər sevdirir ki, öləndən sonra da bu türk adət-ənənələri yaşadılır.
Çəngəl ilk dəfə qərbdə XI əsrdə İtaliyada meyvə yemək üçün, 1450-ci ildən isə ət yemək üçün istifadə edilmişdir. Yalnız 1620-ci illərdə İngiltərədəki yemək masalarına çatdı. Bu dövrlərdə çəngəldən istifadə aristokrat ailələr arasında etiket kimi qəbul olunmağa başladı.
Hər il İtaliyaya 50 milyondan çox turist gəlir.Turizm İtaliya üçün həyati əhəmiyyət kəsb edir və onun milli gəlirinin 63%-ni təmin edir.İtalyan dilinin Latın dilinə ən yaxın dil olduğunu və dünyanın ən romantik və gözəl dillərindən biri olduğunu eşitmiş ola bilərsiniz. Amma onlar haqqında ən maraqlı məlumat yüksək səslə və bədən dili ilə danışmalarıdır. İtaliyaya getdiyiniz zaman italiyalının sizə toxunaraq sizinlə danışdığını görsəniz, təəccüblənməyin.
Romada “Sevgi çeşmesi” dediyimiz Trevi fəvvarəsini ildə təxminən 10 milyon insan ziyarət edir. Trevi fəvvarəsini bu qədər məşhur edən təkcə onun memarlığı deyil. Trevi fəvvarəsinin qarşısındakı hovuza arxa çevirib sağ əlinizlə sol çiyninizin üstündə bir sikkə atdığınız zaman yenidən Romaya baş çəkəcəyinizə inanılır. Trevi fəvvarəsinə atılan gündəlik pul təxminən 3000 avrodur. Üstəlik, axşam saatlarında işıqlandırması ilə gözəl vizual ziyafət təqdim etməsi də fəvvarənin Romaya gedənlərin mütləq görməli yer olmasında mühüm faktordur.
Pisadu.com saytından tərcümə etdi – Bünyamin Bünyadzadə
Busaat.az