““Delta”ya yoluxanlarda burun axır, qızdırma olur”

image-sferadeltabackend

““Delta” ştamı qrip və digər infeksiyalar kimi başlayır. Bu ştama yoluxan şəxslərdə burun axır, qızdırma olur və iybilmə-dadbilmə itə bilir”.

Busaat.az xəbər verir ki, bunu COVID-19 peyvəndləri mövzusunda keçirilən canlı yayımda – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu virusda inkubasiya dövrü daha qısadır. Xəstəlik daha qısa vaxt ərzində proqressivləşir. Yoluxuculuq qabiliyyəti də COVID-19-un digər ştamları ilə müqayisədə daha yüksəkdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90