Dərmanlar niyə bahadır?: “Dərman satışında fırıldaqlardan biri…” – AÇIQLAMA

image-1525094927_dermanbackend

“İstehsal olunan məhsul ölkə vətəndaşları üçün 3 manatdırsa, bizə 6 manata gəlməlidir. Məsələ obyektiv deyil, şəffaflıq yoxdur”.

Bunu dərmanların baha olması haqda danışan Azərbaycan Tibb Universitetinin tədris terapevtik klinikası şüa diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev Busaat.az-a açıqlamasında deyib

image-aydin-aliyev-radioloq-1

O bildirib ki, həmkarlarımızla birgə məsələ ilə bağlı dəfələrlə müraciət etmişik:

“Şikayətlərdən nəticə çıxarılmır. Sanki qulaq ardına vururlar. Qonşu ölkələrlə Azərbaycan arasında dərman qiymətlərində fantastik fərq var. Məsələnin kökündə inhisarçılıq dayanır. Bəlli dərmanları bəlli şəxslər gətirir, istədiyi qiymətə satır.
Dərman satışında fırıldaq məsələlərdən biri hansıdır deyim. Tutaq ki, Hindistandan dərman 1 dollara alındı. Dubay azad iqtisadi zona olduğuna görə burada şirkət yaradılır. Yaradılan şirkət vasitəsilə bir dollara alınan dərmana istədikləri qiyməti qoyurlar. Həmin dərman isə ölkəyə on dollara idxal olunur. Etiraz yarandıqda isə sözügedən şirkətdən sənəd təqdim edərək dərmanın qiymətinin on dollar olduğunu göstərirlər. Göstərilən sənəddən sonra həmin dərmanı iyirimi dollara sata bilirlər. Öz millətinə qarşı belə hərəkət edənləri anlamaq olmur”.

Mütəxəssis məsələnin həllində dövlət nəzarətinin vacib olduğunu bildirib: “Gətirdikləri digər arqumentlərdən biri isə dərmanların Türkiyədə istehsal olunmasıdır. Türkiyədə dərman istehsal edən altmışa yaxın zavod var. Türkiyə Azərbaycanla qardaş ölkədir. Türkiyədə 3 manata satılan dərmanın Azərbaycanda 20-30 manata satılması heç vaxt ola bilməz. İstehsal olunan məhsul ölkə vətəndaşları üçün 3 manatdırsa, bizə 6 manata gəlməlidir. Məsələ obyektiv deyil, şəffaflıq yoxdur. Məsələnin həlli üçün dövlət səviyyəsində istehsalçıya sorğu göndərilməlidir. Dərmanın maliyyəti, ixrac-idxal qiyməti sorğulanmalıdır. İnsanlar dərmanlara pul xərcləməkdən müflis olub. Dövlət mütləq və mütləq məsələni nəzarət altına almalıdır”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki