Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.69 $▼6.76%
  • WTI neft85.87 $▼5.96%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.214 $▲6.32%
  • Qızıl4 123 $▼0.25%
  • Gümüş53.12 $▲0.01%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda588.75 ¢▼0.46%
  • Bitcoin74 618 $▼0.85%
  • Ethereum2 117 $▼0.73%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Kriminal

DİN-dən ƏMƏLİYYAT: 80 nəfər həbs olundu - VİDEO

image-1652524985_1652524390_whatsapp-image-2022-05-14-at-14-26-23-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 95 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Busaat.az-a verilən məlumata görə, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Saxlanılan şəxslərdən 80-i barəsində məhkəmə tərəfindən həbs, 15-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 21 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılardan 11-i birbaşa olaraq Suraxanı və paytaxtın digər ərazilərində narkotik maddələrin satışına nəzarət edən şəxslər olublar.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Yeni Günəşli qəsəbələrində yerləşən evlərdən, mağazalardan, ödəmə terminallarından, kitabxanalarda silsilə oğurluqlar edən, habelə binalarda liftlərin əyləc dolaqlarını qarət edən 9 cinayətkar qrupun 14 nəfərdən ibarət üzvü saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 36 ev və obyektdən pul, qızıl-zinət, məişət və digər əşyalar oğurladıqları müəyyən edilib.

Faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=77248