DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar varbackend

Salyanda iki qardaşın həyətindən 289 ədəd çətənə kolu aşkarlanaraq götürülüb

Busaat.az xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndində baş verib.

Belə ki, daxil olan məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin kənddə əməliyyat-axtarış tədbirləri keçirilib.

Kənd sakinləri, 1982-ci il təvəllüdlü Cəlalov Elman Fətulla oğlu və onun qardaşı 1985-ci il təvəllüdlü Cəlalaov Əlzamin şübhəli şəxs qismində saxlanılıb.

Həyətyanı sahələrə baxış zamanı Elman Cəlalaova məxsus həyətdən 211 ədəd, Əlizamin Cəlalovun həyətindən isə 88 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.