DİN və DSX əməliyyat keçirdi – İran vətəndaşları saxlanıldı

image-cbb67893-1633-366d-b058-66851944ad7f_850backend

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DİN) əməkdaşlarının birgə keçirdikləri əməliyyatla İran vətəndaşları saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Busaat.az-a verilən məlumata görə, dekabrın 9-da İranın Germi şəhər sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu sərhəddən külli miqdarda narkotik keçirmək istəyiblər. Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki