Məzmuna keç
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.791 $▲17.33%
  • Qızıl3 515 $▼0.50%
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin55 791 $▼5.14%
  • Ethereum1 559 $▼3.73%
  • S&P 5006 910▼3.72%
15°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Siyasət

DİQQƏT! DTX əhaliyə müraciət edib: Bu halı gördükdə zəng edin

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cəbhə xəttində intensiv döyüş əməliyyatlarının aparıldığı indiki vaxtda respublika ərazisində mülki pilotsuz uçan aparatların (PUA) müxtəlif məqsədlərlə havaya qaldırılması əhali arasında narahatlıq yaratmaqla aidiyyəti dövlət strukturlarının fəaliyyətinə maneə törədir.

Dövlət Təhlükəsizliyi Xidmətindən Busaat.az–a verilən məlumata görə, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi vəziyyətin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq bütün mülki pilotsuz uçan aparatların hərbi vəziyyət dövründə istifadəsinin qadağan edildiyi bir daha diqqətə çatdırılır.

Bununla əlaqədar, ölkə səmasında bu növ pilotsuz uçan aparatları müşahidə edən şəxslərdən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə (012) 405 99 99 və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (012) 497 16 73 nömrəli telefonlar vasitəsilə məlumat vermələri xahiş olunur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=20765