
Dollar və avro yenə BAHALAŞDI
Türkiyə valyuta birjalarında dollar və avro ötən günə nisbətdə bahalaşıb.
Cebhe.info xəbər verir ki, dolların məzənnəsi 0.13 faiz bahalaşaraq 19.81 lirəyə yüksəlib.
Avro isə 0.15 faiz dəyər qazanıb. Hazırda birjalarda 1 avro 21.34 lirə səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, avro ötən gün son iki ayda ilk dəfə 0.20 faiz civarında dəyər itirmişdi.























