Donan gölün üzərində namaz qıldılar – FOTO
Türkiyənin Bitlis şəhərinin Ahlat bölgəsində kənd sakinləri donan gölün üzərində namaz qılır.
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, tamamilə donan göldə insanlar buzları qıraraq dəstəmaz alıb, namaz qalır.
Ahlat bölgəsinin Dilburnu kəndində insanlar balıq ovlayaraq aylıq xərclərini ödədikləri üçün səhər və günorta namazlarını da elə orada qılır. Ailəsini balıq ovlayaraq saxlayan kənd sakini Ömer Ayaz günün böyük hissəsini Nazik göldə keçirdiklərini deyib.
Elə bu səbəbdən gölün suyu ilə dəstəmaz alıb, üzərində namaz qılırlar. Kənd sakinləri səhər tezdən oyanaraq Nazik gölə getmək üçün 3-4 km yol gedirlər.
Türkiyənin Bitlis şəhərinin Ahlat bölgəsində kənd sakinləri donan gölün üzərində namaz qılır.
Mələk Cabbar
Loading...