Dövlət Komitəsinin təşkilatçılığı ilə yay düşərgəsi başlayıb

image-yay-dusergesibackend

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın əksər rayonlarını təmsil edən qızların iştirakı ilə yay düşərgəsinin açılış mərasimi olub.

Busaat.az xəbər verir ki, “Biz Birlikdə Güclüyük!” adlı yay düşərgəsi avqustun 31-dək davam edəcək.

Açılış mərasimində öz fəallığı ilə seçilən uşaqlar, şəhid və qazi övladları iştirak ediblər.

Tədbir qızların asudə vaxtlarının səmərəli təşkili, ictimai fəallığın artırılması, eləcə də, liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədi daşıyır.

Qeyd edək ki, 10 gün davam edəcək düşərgədə 100 nəfər qızın iştirakı nəzərdə tutulub. Eləcə də burada müxtəlif mövzularla bağlı təlim, ekskursiya və əyləncəli oyunlar keçiriləcək.

Bununla yanaşı, düşərgə iştirakçılarının Azərbaycanın tanınmış, öz fəaliyyətində nailiyyətlər əldə etmiş simaları ilə görüşləri təşkil olunacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki