Döyüşlərdə iştirak etmək üçün briqadalar yaradılacaq

image-7a42bb32-0024-4979-88a1-622d6c5e3751backend

Ukrayna Milli Polisi döyüşlərdə iştirak etmək üçün briqadalar yaradacaq.

Busaat.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ukrayna Milli Polisi ümumi qüvvəsi səkkiz min nəfər olan üç birləşmiş briqada yaradacaq və onları döyüş əməliyyatlarında iştirak etmək üçün cəbhəyə göndərəcək.

Qeyd olunur ki, Milli Polisin rəhbəri İvan Vıqovski yeni komandaların hazırlığını yoxlayıb.

O, polisi əmin edib ki, idarə zabitləri ən yaxşı hərbi texnika ilə təmin edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki