Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.58 $▼3.82%
  • WTI neft88.07 $▼3.55%
  • Avropa qazı (TTF)82.31 €▼3.83%
  • Təbii qaz (ABŞ)3.151 $▲4.23%
  • Qızıl4 135 $▲0.04%
  • Gümüş52.99 $▼0.24%
  • Pambıq79.18 ¢▲1.06%
  • Buğda592.00 ¢▲0.08%
  • Bitcoin74 998 $▲0.37%
  • Ethereum2 133 $▲0.37%
  • S&P 5007 526▲2.05%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Kriminal

DTX səfirliyə terror hücumunun qarşısını aldı – Xüsusi əməliyyat – Video

image-dtx
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

DTX səfirliyə terror hücumunun qarşısını aldı – Xüsusi əməliyyat – Video

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları – “Abu Zər əl-Mühacir” dini ləqəbli, 2000-ci il təvəllüdlü İlqar İlham oğlu Quliyev, “Abdurəşid” dini ləqəbli, 2005-ci il təvəllüdlü Amin Elşad oğlu Piriyev və “Abdurrahman əl-Azəri” dini ləqəbli, 2005-ci il təvəllüdlü Elvin Sənan oğlu Əlizadənin dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.

Busaat.az DTX-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, adıçəkilən şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hucumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179533