Politoloq Cümşüd Nuriyev koronavirus pandemiyasının qlobal əhalini azaltma planı olduğunu iddia edərək yekunda bu nəticəni açıqlayıb: “Dünyada 2 milyard insan qalmalıdır”. Bu iddiadan da məntiqi sual doğur: hazırda sayı 10 milyon nəfər olan Azərbaycan əhalisi yaxın dövrdə nə qədər azalacaq?
Cümşüd Nuriyev danışaraq bu məsələyə də aydınlıq gətirib:
“Yer üzündə 2 milyard insanın qalmalı olduğu fikri, yeni dünya qurmaq istəyənlərin layihəsidir. Müəyyən şəxslər yeni dünya düzəni yaratmağa çalışırlar. Bu layihə xüsusilə pandemiya dövründə qüvvəyə minib.
Azərbaycan bu layihədə yer tutmur. Hazırda 10 milyon əhalimiz var. Lakin Azərbaycanın resurslarına görə 40-50 milyon əhali saxlamaq mümkün olacaq. Bizim üçün faciə gözlənilmir. Azərbaycan dünya nizamında yeri olacaq qədər böyük dövlət deyil ki, bu azalma Azərbaycan üçün də nəzərdə tutulsun. O siyahıda daha çox iri dövlətlər yer alıb.
Əhalinin azalması əsasən Şərqi Asiya ölkələrinə aid ediləcək. Bu azalma prosesi keçmiş zamanlarda Afrikada başa çatmışdı. Cənubi-Şərqi Asiyada, Cənubi Amerikada isə insanları azaltma prosesi davam etdiriləcək. Hazırda bu layihə ilə məşğul olanları ən çox narahat edən ölkələr Pakistan, Çin, Hindistandır.
Onlarda narahatlıq yaradan dövlətlərin çoxu müsəlman ölkələridir. Dünyada 1 milyard 700 milyon müsəlman var və bu say gündən-günə artır, eyni zamanda, populasiya güclənir. Bu da İslam dünyasına qarşı güclü səlib yürüşünə təşfiq edir”. Yenisabah.az