Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 727 $▼2.19%
  • Ethereum1 891 $▼1.90%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Hadisə

Fəqani Rəhimovun məhkəməsi başladı

image-6745bcd02c90d6745bcd02c90e1732623568c13d7d4264c20c21a03102d5a415dd56jpg-1732623692
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Külli miqdarda mənimsəmədə, dələduzluqda təqsirləndirilən Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Busaat.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili məhkəməyə vəsatətlə müraciət edib. Vəkil müvəkkili haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsini istəyib.

Vəkil digər vəsatətində müdafiə etdiyi şəxsin ittiham olunduğu 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddənin çıxarılmasını xahiş edib.

Məhkəmə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəto təmin etməyib.

Digər vəsatət isə baxılmamış saxlanılıb.

Məhkəmənin baxış iclası dekabrın 10-na təyin edilib.

Qeyd edək ki, iş adamı Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=153671