Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 088 $▼1.66%
  • Ethereum1 902 $▼1.33%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

AQC-nin Bank Ekspertlər Şurası yaradıldı - FOTOLAR

image-1b1208fa-4f2b-4a2e-918c-78d80c1124a4jpg-1732625396
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Bank Ekspertlər Şurasının təsis yığıncağı keçirilib.

Bu barədə Busaat.az-a  AQC İctimalyyətlə əlaqələr Departamentindən bildirilib.

Məlumata görə, yığıncaqda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun təqdimatı ilə Bank Ekspertlər Şurasının sədri, sədrin müavinləri və katibi vəzifələrinə təyinatlar təsdiqlənib. Belə ki, “Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Hikmət Sadıqov Bank Ekspertlər Şurasının sədri, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ruslan Quliyev və Expressbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Samir Nəsibov Şuranın sədrinin müavinləri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İcra aparatının üzvü Ziya Mustafa isə Şuranın katibi vəzifələrinə təyinat alıblar.

Yığıncaqda yeni təyinatlarla yanaşı Bank Ekspertlər Şurasının Əsasnaməsi qəbul olunub, Şuranın fəaliyyət istiqamətləri ilə də bağlı müzakirələr aparılıb. Şura üzvləri Azərbaycan Respublikasının Qiymətləndiricilər Palatasının sədri vəzifəsinə seçkilərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruca uğurlar arzulayıblar.

Qeyd edək ki,  Bank Ekspertlər Şurasının Əsasnaməsinə əsasən, Şura ölkənin kommersiya banklarında çalışan, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkil etdiyi sertifikasiya kurslarında iştirak edən qiymətləndiricilərdən təşkil olunur. Bank Ekspert Şurası müəyyən edilmiş kvotaya müvafiq olaraq Cəmiyyətin idarə olunması prosesində iştirak edir. Eyni zamanda, Şura üzvləri qiymətləndirmə və bank  sektorları arasında münasibətlərin inkişafı, peşəkar təmasların artırılması, şəffaflığın təmin olunması istiqamətində təşəbbüslər irəli sürür, fəaliyyət planının və yol xəritəsinin hazırlanmasında yaxından iştirak edirlər.

Xatırladaq ki, sözügedən platforma Azərbaycan bank və qiymətləndirmə sektorlarının tarixində ilk hadisədir. Bundan sonra hər iki sektor yarana biləcək problemləri birlikdə müzakirə etmək imkanı əldə edəcəklər.


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=153694