Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft110.96 $▼0.18%
  • WTI neft101.44 $▲0.18%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.057 $▲0.07%
  • Qızıl4 054 $▼0.20%
  • Gümüş54.05 $▼0.26%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.25 ¢▼0.16%
  • Bitcoin80 871 $▲0.09%
  • Ethereum2 352 $▲0.22%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Cəmiyyət

Dünya şöhrətli alim,Akademik Zərifə Əliyevanın ömür yolu gələcək nəsillərin həyatına işıq saçır - Yazgül Abdiyeva

image-yenigundem_1c9e2884e27d1625dd67cf5eaecd8589_n3qe0il48omkvu5txcpg-620x460
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

25 aprel tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib. 

Konfransda “Sağlamlığın Qorunması” İB-nin sədri, akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, t.ü.f.d. Yazgül Abdıyeva “Zərifə Əliyevanın zəngin irsi” mövzusunda çıxış edib.

O, qeyd edib ki, Zərifə Əliyeva bütün bilik və gücünü insanların sağlamlığının qorunmasına sərf edib, saysız-hesabsız müalicələri ilə göz xəstəliklərinin qarşısını almağa səy göstərib.

Y. Abdıyeva onun traxomanın kökünün kəsilməsində böyük əmək sərf etməsindən, monoqrafiya, dərslik, ixtirası, elmi əsərlərindən, “peşə oftalmologiyası”nın və Azərbaycan lakrimologiyasının əsasını qoymuş alimin etika və tibbi deontologiya haqqında fikirləri və məqalələrindən geniş bəhs edib.

Zərifə Əliyevanın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərindən bəhs edib. O qeyd edib ki, – Alim həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkib.

Eyni zamanda Yazgül Abdıyeva öz fəaliyyəti və yüksək şəxsi keyfiyyətləri ilə Azərbaycan qadınına nümunə olan Zərifə xanımın əziz xatirəsi Azərbaycan Xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.

 

image-yenigundem_eb43d67066e514c72ccc7dfbda3ec238_r9kv021hy5eil6mxu7cf-150x150image-yenigundem_438b5744481bb49050092c6a997adb6b_hz1j9bcpkelanwf7syv2-150x150

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=107967