
Dünyanın ən bahalı şəhərləri (SİYAHI)
Dünyanın ən bahalı şəhərlərinin yeni siyahısı hazırlanıb.
“Numbeo” saytının hazırladığı siyahıda başçılığı İsveçrənin Sürix şəhəri edir.
Növbəti 4 xətt üzrə qərarlaşanlar İsveçrənin Bazel, Lozanna, Cenevrə və Bern şəhərləridir.
Top 10-luqda Norveçin Stavanger, Oslo, Trondheim, Bergen və İslandiyanın Reykyavik şəhərləri var.
Siyahı tərtib olunarkən əsasən şəhərdəki mağazalar, restoranlar, nəqliyyat, kommunal xərcləri, əhalinin alıcılıq qabiliyyəti və daşınmaz əmlakın qiymətləri nəzərə alınıb.






















