Dünyanın ilk Qanuni oğrusu olan Ağdamlı Bəbir: Stalin və Lenin həbsxanada ondan nə istəyiblər?

image-agdaml-bebeirbackend

Məlum olur ki, ölkədə istər cəzaçəkmə müəssisələrində, istərsə də azadlıqda onlar hələ də mövcuddur və cəmiyyətin tabe olduğu ümumi, sivil qanunlarla yox, özlərinin yaratdığı “oğru qanunları” ilə yaşayırlar. Bu qanunların nə zaman yazılması barədə müxtəlif fikirlər var.

Lakin keçmiş SSRİ-də ilk dəfə olaraq bu qanunları yazan, Rusiyada Fyodor Fyodoroviç Yusubov kimi tanınan, lakin əsl adı, Ağdam rayonunda anadan olan Ürfan İbrahim oğlu Yusifli olmuşdur. Krimnal dünyada Bəbir kimi tanınan bu şəxs Lenin və Stalinlə həbs düşərgəsində yatmışdır.

Peterburq Tibb Universitetində təhsil alan Bəbir valideyinlərinin ona olan dəstəyinə baxmayaraq, atasının imkanlı şəxs kimi daima ona maddi yardım etməsinə baxmayaraq cəmiyyətdə sosial ədalətslik görərək etirazını bildirmiş, yuxarı təbəqədən olan şəxslərin kasıb insanları əzməsinə dözə bilmirdi. Onun ilk həbsı yüksək çinli şəxsin qohumunu bir neçə bıçaq zərbəsi ilə öldürdükdən sonra olub. 10 illik həbs cəzası alan Bəbir Rusiyanın şimalında olduğu həbsdə də güclülərin zəifləri əzməsini görüb qara qanun deyilən bir qaydalar sistemi yaratmaq qərarı alır və ona bu qanunları yazmaqda Moğol imperatoru Çingiz xanın Yasası olur. Çingiz xanın dövründən başlayaraq monqolların qanunlar məcəlləsi adlanan Böyük Yasada nəzərdə tutulan maddələrlə ilk oğru qanunlarını yazmışdır. Böyük Yasada yazılan ilk iki maddə oğru dünyanının qanunlarının bünövrəsinin qoyulmasına səbəb oldu və “Bəbir” –də bunu bilirdi. Bəbir bu Yasanın ilk iki maddəsi ilə demək olar ki, oğru dünyasının bünövrəsini qoymuşdur.

Qanun əsasında idarəçilik-Oğru qanunlarına görə qara qanunda nəzərdə tutulan maddələr idarəçiliyin əsas bazası olmalıdır. Oğru dünyanın böyükləri nə qərar qəbul eləsə digərləri onu müzakirə etmədən icra etməlidirlər.
Bərabərlik-sosial mənşəyindən və rütbəsindən asılı olmayaraq, layiq olduğuna inandığı hər bir adam Oğru dünyasına dəvət edilə bilər və buranın üzvü ola bilər. Qadağan edilən (zorakılıq, uşaqlara, hamilə qadınlara qarşı amansızlıq, oğrudan oğurlamaq və s) işlərdən başqa hər kəs bu böyük ailənin üzvü ola bilər.

Bəbirin əsas məqdəsi bu idi ki, Oğrular” ümumi xəzinəyə gələn vəsaitə nəzarət edir, bu barədə hesabat verməklə yanaşı, bütün “zon”a gələn pulların da haralara xərclənməsini öyrənmək səlahiyyətinə malikdir. Onlar “oğru” adına layiq olanları öz cameələri içinə almaq, artıq özlərini təsdiqləmiş “brodyaqa”ları nəhəng “oğru ailəsi”nə dəvət etmək, həmçinin “oğru” adına ləkə gətirmiş şəxslər barəsində hökm çıxarmaq hüququna malikdirlər. Böyük oğru ailəsinin yaradılmasına səbəb olan Bəbir 1897-ci ildə Yenisey quberniyasının Şuşensk kəndinə sürgündə yaşayan Leninlə görüşür. Onun kommuist ideyalarına görə hörmət edir, amma dustaqların ona toxunmasına izn vermir. Stalinlə də Kirov həbsxanasında görüşüb. Stalin sonradan oğru dünyasında yaratdığı sistemi Bəbirdən öyrənir.

Tümen vilayətində onlarla millətin və hər cürə cinayətə görə olduğu həbsxanada özünə yüksək nüfuz qazanan Bəbirin barəsində 46 saylı türmənin rəisi polkovnik M.S.Kotlyarevski dəfələrlə şikayət məktubu yazasada Oğru dünyanın ilk kralına qarşı ölkə rəhbərliyi heç bir iş görə bilmirlər. Çüni bütün ölkədə olan həbsxanalara malyava-məktub sistemi quran Bəbir bir anda ölkə həbsxanalarında üsyan qaldıra bilərdi. 1899-cu ildə həbsdən azad edilən Bəbir Rusiyanın Sankt Peterburq şəhərində bir müddət yaşayır, həsbxanadan çöldə “xəzinə” yaradır. Bu xəzinə həbsxanada olan xəstə və imkansız məhkumlara yardım etmək, onların ailələrinə dəstək olmaq rolunu oynayırdı. Bəbirin sonrakı taleyi barədə mənbələrdə qısa məlumatlar var. Türkiyəyə qaçır, sonra Səudiyyə Ərəbistana Həcc ziyarətinə gedir. Burda də rəhmətə gedir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki